Türkan bağlar yaşayış massivində qaz təchizatında fasilə yaranacaq

23.11.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Xəzər rayonunun Türkan bağlar yaşayış massivində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 23-də saat 10:00-dan işlər başa çatanadək qeyd olunan ərazinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью