Türkan Şoray kimi qadınam

05.08.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyəli müğənni Kibariye açıqlaması ilə medianın gündəminə düşüb. 

Axşam.az xəbər verir ki, İstanbul Festivalı çərçivəsində keçirilən Serdar Ortaç xüsusi tədbirində səhnəyə çıxan sənətçi konsert öncəsi jurnalistlərin suallarını cavablandırıb.

Həyatından bəhs edən filmin çəkilməsindən danışan Kibariye bildirib ki, onu canlandırmaq üçün aktrisa Serenay Sarıkaya razılaşıb. O, həmçinin Demet Özdemirlə duet layihəsi üzərində danışdıqlarını və aktrisanı çox bəyəndiyini qeyd edib.

Kibariyenin Türkan Şoray haqqında sözləri isə diqqət çəkib. Müğənni özünü məşhur aktrisaya bənzədərək belə deyib:

"Türkan Şoray kimi qadınam. Türkan abla, əllərindən öpürəm. Sən məndən böyüksən, çünki...".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью