Türkan Şoray: “Mənə olan sevginin səbəbi kinonun sehrindədir”

23.06.2025

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Türk kinosunun “sultanı” Türkan Şoray tamaşaçıların onu bu qədər sevməsinin səbəbini oynadığı obrazlarla bağlayıb.
Reyting.az
xəbər verib ki, ünlü türk sənətçisi bu barədə “Anadolu” agentliyinə açıqlamasında söyləyib.
Türkan Şoray şəxsinə göstərilən sevgini “kinonun sehri” kimi dəyərləndirib.
Muğlanın Bodrum rayonunda keçirilən 4-cü Beynəlxalq Aralıq dənizi Ədəbiyyat Günləri tədbirinə qatılan Şoray “Anadolu” agentliyinin müxbirinə gözəl söhbətlər etdiyini və bundan çox məmnun olduğunu bildirib.
Zülfü Livaneli ilə ədəbiyyat və kino mövzusunda söhbət etdiyini deyən Şoray sənət və kino adına belə tədbirlərin davam etməsinin vacibliyini deyib.
V. QULİYEV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью