Türkan Şorayın qızı saxlanıldı

22.05.2026

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyəli aktrisa Türkan Şorayın ailəsində ağır günlər yaşanır. Sənətçinin qızı Yağmur Ünal hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Demokrat.az xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun rəhbərliyi ilə keçirilən irimiqyaslı narkotik əməliyyatı çərçivəsində Yağmur Ünal bu gün nəzarətə götürülüb. Əməliyyat zamanı onunla bərabər Eren Kesimer və Semiha Bezek də tutulub.
İstintaq çərçivəsində ümumilikdə 25 nəfər barəsində saxlanılma qərarı verilib ki, onlardan da 20-si ötən gün yaxalanıb.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью