Türkanda dənizdə 1 nəfər batıb

08.08.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.

APA nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью