Türkanda idarəetmədən çıxan “Prius” kolluğa girdi VİDEO

05.06.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakının Türkan kəndində yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az-ın məlumatına görə, qəza iyunun 4-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-CJ-473 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobil yoldan çıxaraq qəzaya uğrayıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Nəticədə maşın dərəyə düşərək sıradan çıxıb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.

Qeyd edək ki, qəzalı maşın yaxınlıqdakı vətəndaşların köməyi ilə dərədən çıxarılıb. 

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью