Turki əl Maliki: Husilər Mədinə şəhərində terror aktı planlaşdırıblar

02.10.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yəməndə legitim hökuməti dəstəkləyən koalisiya qüvvələri husilərin Səudiyyə Ərəbistanının Mədinə şəhərində terror aktı planlaşdırdığını bildirib.

APA-nın məlumatına görə, koalisiya qüvvələrinin rəsmi nümayəndəsi polkovnik Turki əl-Maliki "X" hesabında bildirib ki, təhlükəsizlik orqanları Mədinədə planlaşdırılan terror aktının qarşısını alıb.

Onun sözlərinə görə, araşdırmanın nəticələri husilərin terror aktının planlaşdırılması və həyata keçirilməsi ilə əlaqəsini göstərib.

Turki əl-Maliki qeyd edib ki, terror aktının əsas məqsədlərindən biri Mədinədə yerləşən dini məkanlardan birini hədəfə almaq olub. O, husiləri müqəddəs məkanları və dinc sakinləri hədəfə almaqda ittiham edib.

Koalisiya nümayəndəsi, həmçinin bildirib ki, əməliyyatla bağlı əlavə təfərrüatlar və istintaqın nəticələri daha sonra açıqlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью