“Turkic Music Awards” mükafatı təsis ediləcək

19.09.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 19 sentyabr, AZƏRTAC

Gələcəkdə I Türk Dünyası Bəstəkarları Qurultayının görüşlərinin Türk dövlətlərində növbəlilik prinsipi əsasında keçirilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Birinci Türk Dünyası Bəstəkarları Qurultayının açılışında deyib.

O bildirib ki, 2032-ci ilədək nəzərdə tutulan fəal yol xəritəsi çərçivəsində beynəlxalq festivalların keçirilməsi, “Turkic Music Awards” mükafatının təsis edilməsi, Türk dünyasının müasir musiqisinin Antologiyasının nəşri, “TurkicHeritage” platformasında rəqəmsal not kitabxanasının yaradılması, bəstəkarlıq rezidensiyalarının inkişaf etdirilməsi və Türk Dünyası Gənc Simfonik Orkestrinin formalaşdırılması planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью