“Turkish Airlines” Moskvaya uçuşları ləğv edir | Icma.az
Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Turkish Airlines” aviaşirkəti Moskva hava limanlarında ötən gecə tətbiq edilən məhdudiyyətlər səbəbindən Rusiya paytaxtına uçuşları ləğv edir.
AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb.
"Rusiyanın mərkəzi hava limanlarında mayın 26-da gecə saatlarında təyyarələrin qəbulu və yola salınmasına yenidən məhdudiyyətlər tətbiq edilib.
Bu, Domodedovo, Vnukovo və Jukovski hava limanlarının cədvəlində dəyişikliklərə səbəb olub.
Reyslərin 60 %-ə qədəri qrafik üzrə həyata keçirilmir və ya ləğv edilib.
O cümlədən “Turkish Airlines”in uçuşlarının müntəzəmliyi də zərər çəkib", - məlumatda bildirilib.
Qeyd edilib ki, tur operatorları vəziyyəti araşdırır və yeni uçuş vaxtı haqqında məlumat gözləməyi tövsiyə edirlər.
Tam oxu
Xəbəri oxu