Icma.az bildirir, 525.az portalına istinadən.
Türkiyənin “Turkish Cargo” aviaşirkəti İstanbul–İrəvan–İstanbul marşrutu üzrə ilk müntəzəm yük reysini həyata keçirib.
525.az xəbər verir ki, bu barədə “Aeroportist” xəbər portalı məlumat yayıb.
Bildirilib ki, “Turkish Airlines”ın yükdaşıma xidmətinin xüsusi reysi iki ölkə arasında ilk yükdaşımanı təmin edib.
Qeyd edək ki, 2026-cı ilin mart ayından etibarən Turkish Airlines İstanbul–İrəvan marşrutu üzrə müntəzəm sərnişin reysləri həyata keçirir.
Pərvanə Sultanova