Türkiydə kütləvi zəhərlənmə: 133 nəfər xəstəxanaya yerləşdirildi

09.05.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Samsunun (Türkiyə) Tekkeköy rayonunun sənaye zonasında fəaliyyət göstərən 10 müxtəlif fabrikdə işləyən 133 işçi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, işçilərə günorta yeməyi olaraq südlü şirniyyat, toyuq şorbası və plov verilib.

Nahardan sonra çox sayda işçi qusma və halsızlıq şikayətləri ilə səhiyyə müəssisələrinə müraciət edib.

Hazırda xəstəxanalarda müalicə alan işçilərin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.

Hadisə ilə əlaqədar istintaq başladılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью