Türkiyə 12 il sonra Suriyada bu addımı atacaq Fidan açıqladı

14.12.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyə 12 ildən sonra Suriyadakı səfirliyini yenidən açacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

“Biz iki mühüm oyunçu (Rusiya və İran) ilə danışıqları davam etdirərək Suriyadakı rejim dəyişikliyinin qansız baş verməsi üçün zəmin hazırlamışıq. Çünki itkilərin minimum olmasını istəyirik”, Fidan bildirib.

O əlavə edib ki, Türkiyənin Dəməşqdəki səfirliyi dekabrın 14-də fəaliyyətini bərpa edəcək. Xatırladaq ki, Türkiyə 2012-ci ilin martında Suriyadakı səfirliyini bağlamışdı.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью