Türkiyə 2023 cü ildən beynəlxalq axtarışda olan 337 şəxsi tutaraq ölkəyə gətirib | Icma.az
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Türkiyə İnterpol xətti ilə axtarışa verdiyi daha 3 nəfəri ölkəyə gətirib.
SİA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün "X" hesabında məlumat yayıb.
O bildirib ki, daxili işlər naziri təyin ediləndən (2023-cü ildən) bu yana beynəlxalq axtarışda olan 337 şəxs Türkiyəyə gətirilib: "Hansı ölkəyə qaçıblarsa, biz mütəşəkkil cinayət təşkilatının üzvlərini, narkotik alverçilərini bir-bir tutub ölkəmizə gətirəcəyik.
Onlar Türkiyə polisindən qaça bilməyəcəklər", - deyə nazir bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu