Türkiyə 300 ə yaxın İŞİD şübhəlisini həbs edib

21.05.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 21 may, AZƏRTAC

Türkiyə xüsusi xidmət orqanları İŞİD terror qruplaşmasının fəaliyyətində iştirakda şübhəli bilinən şəxsləri saxlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

"Təhlükəsizlik idarəsi və jandarma bölmələrinin 47 əyalətdə iki həftə ərzində həyata keçirdiyi əməliyyatlar nəticəsində İŞİD üzvü olmaqda şübhəli bilinən 298 nəfər saxlanılıb", - nazir X-də yazıb.

Əməliyyatlar Adana, Ankara, Antalya, İzmir, Mersin, İstanbul və digər şəhərlərdə aparılıb. Saxlanılanlar İŞİD-in fəaliyyətində iştirakda və terror qruplaşmasını maliyyələşdirməkdə şübhəli bilinirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью