Türkiyə 6 gündür ki, Nikolayı axtarır

29.08.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Türkiyənin hüquq-mühafizə orqanları Bosfor boğazında itkin düşən rusiyalı üzgüçü Nikolay Sveçnikovu 6-cı gündür ki, axtarır.

"Unikal" xəbər verir ki, əməliyyat təkcə boğazın sahillərinə deyil, həm də Sveçnikovun nəzəri cəhətdən üzməyi başa çatdıraa biləcəyi Mərmərə dənizində də apaırlır.

"Axtarış-xilasetmə əməliyyatı Bosforun bütün uzunluğu boyunca və Mərmərə dənizinin bir sıra bölgələrində aparılır. Hazırda heç bir nəticə yoxdur", - deyə rəsmi açıqlamada bildirilib. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью