Türkiyə 9 terrorçunu zərərsizləşdirdi

16.12.2024

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Milli Müdafiə Nazirliyi, 3-9 dekabr 2024-cü il tarixlərində İraqın şimalında keçirilən hava əməliyyatları nəticəsində 9 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, nazirlikdən verilən məlumatda bildirilir:

"Türk Silahlı Qüvvələrimiz terrorçulara nəfəs aldırmır! Həkurk, Qara və Metina bölgələrində həyata keçirilən əməliyyatlarla 9 terrorçu zərərsizləşdirilib".

Açıqlamada terrorla mübarizədə Türkiyənin qətiyyətli olduğu vurğulanıb:

"Terroru mənbəyində məhv etməkdə qətiyyətliyik, güclüyük və əzmliyik".

Kənan Yusif 

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью