Türkiyə ABŞ ın “Artemida sazişləri”nə qoşulub

01.09.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə ABŞ-ın təşəbbüsü ilə hazırlanan kosmosun və Ayın tədqiqinə dair “Artemida sazişləri”ni imzalayıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirlik sənədin Ayın tədqiqi zamanı təhlükəsizliyin artırılmasına və kosmosdan dinc məqsədlərlə istifadəyə töhfə verməyə yönəldiyini vurğulayıb.

“Türkiyə beynəlxalq hüquqa əsaslanan inklüziv və innovativ yanaşmadan istifadə etməklə kosmik texnologiyaların tədqiqinə və kosmosun mənimsənilməsinə töhfə verməyə davam edəcək”, – deyə XİN-in açıqlamasında bildirilib.

Nazirlik qeyd edib ki, “ümumi baxışın möhkəmləndirilməsi” üçün mühüm platformalardan biri 2026-cı il oktyabrın 5–9-da Antalyada keçiriləcək 77-ci Beynəlxalq Astronavtika Konqresi olacaq.

“Artemida sazişləri” ABŞ tərəfindən 2022-ci ildə Ayın və onun resurslarının birgə mənimsənilməsi prinsiplərini müəyyənləşdirmək məqsədilə hazırlanıb. Sənəd ümumi prinsipləri müəyyən edir və tövsiyə xarakteri daşıyır.

Əsas prinsiplər arasında kosmik obyektlərin qeydiyyata alınması, elmi məlumatların paylaşılması, fövqəladə hallarda yardım göstərilməsi, eləcə də ayrı-ayrı ölkələrin Ay səthindəki obyektlərinin ətrafında “təhlükəsizlik zonalarının” yaradılması yer alır.

İndiyədək sazişləri 71 ölkə imzalayıb. Onların arasında Kanada, Avropa İttifaqı ölkələri, Ukrayna, Hindistan, Yaponiya, Cənubi Koreya, Avstraliya, Meksika, Argentina və Braziliya da var.

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью