Icma.az bildirir, Ayna saytına əsaslanaraq.
Rəsmi Ankara beynəlxalq ictimaiyyəti Dəməşqə yardım göstərmək üçün səyləri birləşdirməyə çağırıb
Türkiyə ABŞ-ın Suriyanı terrorizmin dövlət sponsorları siyahısından çıxarmaq qərarını alqışlayıb və beynəlxalq ictimaiyyəti Dəməşqə yardım göstərmək üçün səylərini birləşdirməyə çağırıb. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında qeyd edilib.
"ABŞ-ın Suriyanı terrorizmin dövlət sponsorları siyahısından çıxarmaq qərarını alqışlayırıq. Bu məsələdə iradəsini nümayiş etdirən ABŞ administrasiyasının və bunu dəstəkləyən ABŞ Konqresinin konstruktiv yanaşmasını yüksək qiymətləndiririk. Suriya hökumətini və xalqını təbrik edirik. Ölkəmizin uzun müddətdir müdafiə etdiyi bu vacib addım Suriyanın iqtisadi bərpası və yenidən qurulması yolundakı ən böyük maneələrdən birini aradan qaldırmağı mümkün edib", - deyə XİN-dən bildirilib.
Nazirlik "beynəlxalq ictimaiyyəti çiçəklənən Suriyanın rifahı naminə səyləri birləşdirməyə və bu perspektivi təhlükə altına alan təcavüzkar hərəkətlərə son qoymaq üçün öhdəliklərini yerinə yetirməyə” çağırıb.
Ümumilikdə, Türkiyə tərəfinin qənaətincə, Suriyanın terrorizmin dövlət sponsorları siyahısından çıxarılması "ölkənin beynəlxalq ictimaiyyətlə əlaqələrini gücləndirəcək və davamlı təhlükəsizlik və sabitliyin yaradılması səylərinə təkan verəcək".
Qeyd edək ki, avqustun 24-də ABŞ administrasiyası Suriyanı terrorizmin dövlət sponsorları siyahısından çıxarıb və Suriyada qrup olan “Hayat Tahrir əş-Şam” ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyinin terror təşkilatları siyahılarından çıxarılıb.