525.az saytına istinadən Icma.az xəbər verir.
“Türkiyə ABŞ və İran arasında danışıqlar prosesinin bərpasına nail olmaq və münaqişənin bütün Yaxın Şərq regionuna yayılması risklərini aradan qaldırmaq istiqamətində çalışır”.
525.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Newsweek jurnalına müsahibəsində bildirib.
“İrandakı həmkarlarımızla əlaqə kanallarımız açıqdır. Hörmüz boğazında gərginlik enerji təchizatına və dünya ticarətinə birbaşa təsir göstərir. Bizim prioritetimiz münaqişənin yayılmasının qarşısını almaq, ticarət yollarının təhlükəsizliyini təmin etmək və tərəflərin danışıqlar masasına qayıtmasına nail olmaqdır”, – Ərdoğan qeyd edib.
O bildirib ki, hazırkı mərhələdə ən mühüm vəzifə eskalasiyaya səbəb ola biləcək addımların qarşısını almaqdır. Hər iki tərəf gərginliyin artmasına yol verməməli və vasitəçilik səyləri nəticəsində danışıqları bərpa etməlidir.
“Bu təmasların uğurlu olması həm regionumuzun təhlükəsizliyi, həm də dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır”, – Türkiyə Prezidenti əlavə edib.
Pərvanə Sultanova