Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Asiya İnkişaf Bankı (ADB) Türkiyəyə regional üzvlük statusu verildiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, üzvlüyün verilməsi mərasimi ADB-nin İtaliyanın Milan şəhərində keçirilən 58-ci illik toplantısı çərçivəsində baş tutub.
ADB-nin Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov qeyd edib ki, yeni status Türkiyəyə bankın maliyyə resurslarından, texniki yardımdan və potensialın gücləndirilməsi dəstəyindən faydalanmağa imkan verəcək.
Tədbir çərçivəsində qeyri-suveren əməliyyatlar üzrə çərçivə sazişi də imzalanıb.
Türkiyə 1991-ci ildə ADB-yə qeyri-regional üzv kimi qoşulub.
Yeni status ölkəyə bankın müntəzəm kapital resurslarına çıxış və onun əməliyyatlarında tam iştirak imkanı verir.
“Türkiyəni ADB-nin yeni regional üzvü kimi salamlayırıq. Bu, tərəfdaşlığımızda yeni səhifə açır və Türkiyənin Asiya-Sakit okean regionu ilə