Icma.az, Sherg.az saytına istinadən bildirir.
Türkiyə Avropa İttifaqından Şengen vizası ilə bağlı müraciət prosedurlarına yenidən baxılmasını, sənədləşmə və gözləmə müddətlərinin azaldılmasını istəyib.
Sherg.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Bildirilib ki, Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri noyabrın 18-də Ankarada keçirilən Yerli Şengen Əməkdaşlığı toplantısında Şengen zonasına daxil olan ölkələrin Türkiyədəki diplomatik nümayəndəliklərinin, Avropa İttifaqı nümayəndə heyətinin və Avropa Komissiyasının rəsmiləri ilə görüşüblər.
Görüşdə Türkiyə tərəfi Şengen qaydalarına yenidən baxılması və viza müraciəti proseslərinin sadələşdirilməsi ilə bağlı tələblərini diqqətə çatdırıb. Qeyd edək ki, Avropa Komissiyasının nümayəndələri bu toplantıda ilk dəfə iştirak ediblər.
Türkiyə tərəfinin əsas tələbləri arasında viza üçün növbə və görüş vaxtı tapmaqda yaşanan çətinliklərin aradan qaldırılması, müraciətlərə baxılma müddətinin qısaldılması və tələb olunan sənədlərin sayının azaldılması yer alıb.
Məlumata görə, müzakirələrdən sonra Şengen ölkələrinin Türkiyədəki nümayəndəlikləri arasında bu məsələlərlə bağlı işçi qrupu yaradılıb.