Türkiyə amili Tramp Netanyahu xəttində çat yaradıb

17.07.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə F-35 qırıcılarının mümkün satışı ilə bağlı tənqidlərinə sərt reaksiya verib.

Modern.az xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.

Məlumata görə, Tramp Netanyahunun ABŞ-ın hərbi qərarlarına açıq şəkildə müdaxilə etməsindən narazı qalıb və onun bu məsələyə qarışmağa "haqqı olmadığını" bildirib.

Xatırladaq ki, Netanyahu daha əvvəl Türkiyənin F-35 qırıcıları əldə etməsinin Yaxın Şərqdə qüvvələr balansını poza biləcəyini bəyan etmişdi. O, bu addımın regionun təhlükəsizlik arxitekturasına təsir göstərəcəyini vurğulamışdı.

Axiosun məlumatına əsasən, Tramp İsrail liderinin açıqlamalarını ABŞ-ın müdafiə siyasətinə təsir göstərmək cəhdi kimi qiymətləndirib. Bunun Vaşinqton və Təl-Əviv arasında müəyyən narazılıq yaratdığı bildirilir.

Qeyd edək ki, Türkiyənin F-35 proqramına qayıdışı məsələsi son aylarda yenidən beynəlxalq gündəmdə müzakirə olunur. Ankara ilə Vaşinqton arasında bu istiqamətdə təmasların davam etdiyi vurğulanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью