Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Podqoritsa, 5 noyabr, AZƏRTAC
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti Ankara və İzmirdən Monteneqroya uçuşları müvəqqəti olaraq ləğv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Monteneqro Hava Limanı (ACG) məlumat yayıb.
“Türkiyənin aşağı büdcəli aviaşirkəti “Pegasus Airlines” noyabr 29-dək Ankara və İzmirdən Podqoritsaya planlaşdırılan bütün uçuşları ləğv edib. Şirkət Podqoritsa - Sabiha Gökçen istiqamətində aviareysləri isə davam etdirir”, - deyə açıqlamada bildirilir.
Bundan başqa, Podqoritsa ilə Tivat və İstanbul aeroportu istiqamətində uçuşlar hazırda “Air Montenegro” və “Turkish Airlines” tərəfindən həyata keçirilməyə davam edir.
Qeyd edək ki, Türkiyə Serbiyadan sonra Monteneqro Aerodromu üçün ən vacib bazardır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa