Türkiyə avrokuboklarda necə təmsil olunacaq?

24.03.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə avrokuboklarda necə təmsil olunacaq?

Türkiyə Futbol Federasiyası (TFF) 2026/27 mövsümü üçün UEFA turnirlərinə qatılma qaydalarını açıqlayıb.

QOL.az xəbər verir ki, qurumun məlumatına görə, Türkiyə yeni mövsümdə avrokuboklarda ümumilikdə 5 komanda ilə təmsil olunacaq: UEFA Çempionlar Liqasında 2, UEFA Avropa Liqasında 2 və UEFA Konfrans Liqasında 1 komanda çıxış edəcək.

Bildirilir ki, Türkiyə Super Liqasının qalibi birbaşa Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanacaq. İkinci yeri tutan komanda isə turnirə 2-ci təsnifat mərhələsindən qoşulacaq.

Türkiyə Kubokunun qalibi Avropa Liqasına pley-off mərhələsindən başlayacaq. Liqanı 3-cü pillədə bitirən komanda isə Avropa Liqasına 2-ci təsnifat mərhələsindən qatılacaq.

Super Liqanı 4-cü yerdə tamamlayan komanda Konfrans Liqasına 2-ci təsnifat mərhələsindən qoşulacaq.

Eyni zamanda müxtəlif ssenarilər də nəzərə alınıb. Əgər Türkiyə Kubokunun qalibi Çempionlar Liqasına vəsiqə qazanarsa, liqanın 3-cüsü Avropa Liqasına pley-offdan, 4-cüsü isə 2-ci təsnifat mərhələsindən qatılacaq. Bu halda 5-ci yerin sahibi Konfrans Liqasına 2-ci təsnifat mərhələsindən başlayacaq.

Digər variantlara görə isə kubok qalibinin liqadakı mövqeyindən asılı olaraq avrokuboklara vəsiqələr yenidən bölüşdürüləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью