Axar.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyə qarşıdakı illərdə Avropanın ortaq təhlükəsizlik sistemində həlledici rol oynayacaq.
Axar.az xəbər verir ki, bunu serbiyalı politoloq Aleksandr Cokiç deyib.
“ABŞ-ın təsiri azaldıqca Türkiyənin əhəmiyyəti, xüsusilə də ABŞ qoşunlarının çıxarılmasından sonra qeyri-sabitliklə üzləşə biləcək Balkan bölgəsinin sabitləşdirilməsində və Avropa ilə müsəlman dünyası arasında körpü rolunu oynamasında əhəmiyyəti artacaq”, - Cokiç bildirib.