Türkiyə Ayı fəth edəcək tarix açıqlandı

15.09.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə ilk Ay missiyasını həyata keçirməyə hazırlaşır.

Modern.az xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır açıqlayıb.

Nazirin sözlərinə görə, Türkiyənin ilk Ay aparatı 2027-ci ildə kosmosa göndəriləcək. O bildirib ki, Ay missiyası üçün hazırlanmış aparatın 80 faizdən çox hissəsi yerli komponentlərdən istehsal olunub.

Qeyd edək ki, Türkiyə Milli Kosmik Proqramı çərçivəsində Ay missiyasını həyata keçirməyi planlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью