Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu barədə Bizimyol.info xəbər portalına Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, İstanbul millət vəkili Şamil Ayrım danışıb.
Şamil Ayrım / Foto: Orxan, Bizimyol.info
“Dostluq qrupunun sədr müavini, Konya millət vəkili Orhan Erdem təhsil sahəsində təcrübə sahibi həmkarımızdır. Türkiyə ilə Azərbaycan arasında təhsildəki problemlərdən Türkiyə ilə Azərbaycan arasında ortaq universitetinin və Azərbaycanın Türkiyədə yeni məktəblərinin açılmasına qədər bütün bu məsələləri müzakirə edirik.
Komissiya olaraq vəzifəyə başlayanda çox vacib bir məsələ qaldırdıq və Allaha şükür ki, bunu yekunlaşdırdıq. 2015-ci ildən əvvəl Türkiyəyə gələn Azərbaycan vətəndaşlarına müddətsiz yaşayış icazəsi verildi, bunun müqabilində Azərbaycan hökuməti onlara pasport və şəxsiyyət vəsiqəsi verdi. 1990-cı illərdə gələn - bəziləri şəxsiyyət vəsiqələrini itirmiş, pasportlarını itirmiş və ya burada yaşayarkən maddi imkanları olmayan - uşaq sahibi Azərbaycan vətəndaşlarıdır. Təhsil və iş icazələri də daxil olmaqla, müxtəlif problemlər ortaya çıxırdı. Biz bu məsələni kökündən həll etdik. 2015-ci ildən Türkiyəyə gələnlərə uzunmüddətli yaşamaq icazəsi verildi və Azərbaycan höküməti də onlara şəxsiyyət vəsiqəsi verdi. Bu proses davam edir. Bu, yaxşı bir nəticədir”.
Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, İstanbul millət vəkili Şamil Ayrım “Türksoylu” sənədindən də söz açaraq bildirib ki, bu sənəd də vətəndaşların ehtiyaclarının həll edilməsi istiqamətində böyük əhəmiyyət daşıyır.
Orxan Musa - İradə Cəlil, Bizimyol.info