Türkiyə Azərbaycana yeni səfir təyin etdi

03.12.2024

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

Türkiyə Azərbaycana yeni səfir təyin edib.

“Sitat.info “xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb. 

Belə ki, bu vəzifəyə Türkiyə Maarif Vəqfinin sədri Birol Akgünün təyin edilməsinə qərar verilib.

O bu vəzifədə Cahit Bağçını əvəz edəcək. Bağçı 2021-ci ilin mayından Türkiyənin Bakıdakı səfiri postunu tutub.

Bununla yanaşı, Türkiyənin Almaniya, Hindistan, İtaliya, Sinqapur və bir neçə digər ölkələrə də yeni səfirləri təyin edilib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью