Türkiyə Azərbaycana yeni səfir TƏYİN ETDİ FOTO

03.12.2024

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Azərbaycana yeni səfir təyin edib.

Turkustan.az-ın məlumatına görə, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olacaq.

Akgün Türkiyənin Maarif Fondunun rəhbəridir.

Səfirin tezliklə Azərbaycana gələcəyi və səlahiyyətlərinin icrasına başlayacağı gözlənilir.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı hazırkı səfiri Cahit Bağçıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью