Türkiyə Azərbaycandan bu məhsulların alışını kəskin azaltdı

22.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Ötən il Türkiyə Azərbaycandan 542 milyon 338.42 min dollar dəyərində qeyri-neft məhsulları idxal edib.

Axar.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 241,5 milyon dollar və ya 30 faiz azdır.

Ötən il Azərbaycandan ən çox qeyri-neft məhsulları Rusiyaya ixrac olunub. Belə ki, dövr ərzində bu ölkə Azərbaycandan 1 milyard 162,1 milyon dollar dəyərində qeyri-neft məhsulları idxal edib. Bu, Azərbaycanın ümumi ixracının 34,62 faizinə bərabər olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью