Türkiyə bankları lirəni qorumaq üçün 9 milyard dollar satıblar

19.03.2025

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Respublikası Mərkəz Bankı (TRMB) dollardakı yüksəlişi dayandırmaq üçün valyuta bazarına  müdaxilə edib. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı "Bloomberg" TRMB-dəki mənbəyə istinadən yayıb. 


Xəbərə görə, TRMB-nin səlahiyyətli şəxslərindən biri "Bloomberg"ə bildirib ki, volatilliyi azaltmaq üçün dövlət bankları 8-9 milyard dollar məbləğində xarici valyuta satıblar.


Qeyd edək ki, məhz bu satışlardan sonra dolların lirəyə qarşı olan məzənnəsi 41 lirədən 38,5 lirəyə düşüb.


Vasif
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью