Türkiyə BMT TŞ nin Şimali Kiprlə bağlı qərarına etiraz edib | Icma.az
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının (TŞ) Şimali Kiprdəki sülhməramlı fəaliyyətinin uzadılmasına etiraz edib.
“Report” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qeyd olunub ki, qərar qəbul edilərkən bu dəfə də Şimali Kiprin razılığı alınmayıb
Bildirilib ki, rəsmi Ankara Şimali Kiprin atdığı bütün addımları dəstəkləyəcək.
“Kipr məsələsinin ədalətli, qalıcı və davamlı həlli yalnız yerdəki faktlar əsasında tapıla bilər.
Biz BMT TŞ-i bu reallığı qəbul etməyə və Şimali Kipr xalqının suveren hüquqlarını təsdiqləməyə çağırırıq”, - bəyanatda qeyd olunub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu