Türkiyə, Bolqarıstan və Rumıniya Qara dənizdə hərbi təlimlər keçirib

14.01.2026

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Qara dənizdə mina təhdidinə qarşı dəniz təhlükəsizliyini təmin etmək məqsədilə Türkiyə, Bolqarıstan və Rumıniyanın yaratdığı işçi qrup (MCM Black Sea) hərbi təlimlər keçirib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "X"dəki hesabında məlumat yayılıb. Məlumatda qeyd edilir ki, işçi qrupu 11-14 yanvar tarixlərində Bolqarıstanın Burqas limanında gəmilərdə müxtəlif təlimlər keçirib.Məlumata görə, işçi qrup Qara dənizdə sülh, sabitliyin təminatı və regional təhlükəsizliyin təmin edilməsində kritik rol oynamağa davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью