Türkiyə Braziliyanı məğlub etdi Dünya üçüncüsü oldu

23.11.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

Türkiyənin amputant futbolçulardan ibarət milli komandası 2026-cı il dünya çempionatını üçüncü pillədə başa vurub.

Apasport.az xəbər verir ki, Meksikada təşkil olunan turnirdə Türkiyə yığması üçüncülük uğrunda görüşdə Braziliya ilə qarşılaşıb.

Matç Türkiyə millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Türkiyə millisi dünya çempionatının bürünc medallarını qazanıb.

Qeyd edək ki, Türkiyə yarımfinalda Qana ilə üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 3:4 hesabı ilə məğlub olan Türkiyə finala yüksələ bilməyib.
Finalda Qana və Mərakeş milliləri qarşılaşıblar. Görüş Qananın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Afrika təmsilçisi tarixində ilk dəfə dünya çempionu olub.

Poçettino: “Bu məğlubiyyətin qəzəbini enerjiyə çevirməliyik” “Milan”dan 5 qol, “İnter”dən 4:4-lük heç-heçə - VİDEO “Siz yalançısınız!” – Caqnedən klub rəhbərliyinə sərt sözlər “Liverpul” “Mançester Yunayted”i darmadağın etdi PSJ-də ciddi itki - çarpaz bağları qopub
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью