Türkiyə brendlərinə Beyonsdan zərbə

13.08.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Dünyaca məşhur musiqi ulduzu Beyonsun Türkiyədə adının ən azı dörd dəfə marka kimi qeydiyyata alınmasına qarşı məhkəmə iddiaları qaldırdığı məlum olub. 
Demokrat.az
xəbər verir ki, açılan bütün işlər Ali Məhkəməyə qədər gedib və Beyonsun xeyrinə nəticələnib.
Ədliyyə Nazirliyinin UYAP məlumat bazasında yer alan məhkəmə presedentlərinə əsasən, üç iş üzrə Ali Məhkəmə Beyonsun adının üçüncü şəxslər tərəfindən marka kimi qeydiyyata alınmasının qanunsuz olduğuna qərar verib. Digər iş üzrə isə cavabdeh tərəf markadan imtina etdiyi üçün məhkəmə prosesi davam etməyib.
Sənətçinin məhkəməyə verdiyi tərəflərdən birinin müdafiəsi isə sosial mediada diqqət çəkib:
"Beyons iddiaçının yalnız adının bir hissəsidir, təkbaşına onu xatırlatmır. Əks halda, tanınmış şəxslərin yalnız adlarının istifadəsinin belə qarşısı alınmış olardı".
Ali Məhkəmənin 11-ci Hüquq Kollegiyasının çıxardığı qərarlar sayəsində məşhur ulduzun ad hüquqları qorunmağa davam edib.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью