Türkiyə bu dövləti yenidən qurur Gözlənilməz addım

26.11.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Türkiyə Liviyada gözlənilməz şəkildə yeni siyasi strategiya həyata keçirməyə başlayıb. Ankara indiyədək əsasən Tripolidəki hökumətlə əməkdaşlıq etsə də, artıq ölkənin şərqindəki siyasi və hərbi qüvvələrlə də münasibətlərini genişləndirir.

"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə türkiyəli köşə yazarı Hasan Hüseyin Öz məqaləsində yazıb.

Müəllif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Liviyanın şərqindəki qüvvələrin lideri Xəlifə Hafteri qəbul etməsini Ankaranın yeni yanaşmasının mühüm göstəricisi kimi qiymətləndirib.

Onun sözlərinə görə, görüşdə Türkiyənin xarici işlər, müdafiə və energetika nazirlərinin, eləcə də Liviyanın yenidən qurulması ilə məşğul olan fondun rəhbərinin iştirakı Ankaranın əməkdaşlıq gündəliyinin hərbi və təhlükəsizlik məsələləri ilə məhdudlaşmadığını göstərir. Türkiyə enerji, iqtisadiyyat və infrastruktur sahələrində də Liviyanın hər iki hissəsi ilə əlaqələri inkişaf etdirməyə çalışır.

Müəllifin qeyd edir ki, Türkiyə Liviyada hər dəfə konkret addım atanda Avropa “Vahid Liviya” bəyanatları səsləndirir.

“Lakin hazırda “Vahid Liviya”nı məhz Türkiyə yaradır”, – Hüseyin Öz bildirib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью