Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik Qara dənizdə gəmilərə edilən hücumları tamamilə qəbuledilməz adlandırıb.
Globalinfo.az xəbər verir ki, o, mövzu ilə bağlı “Habertürk”ə açıqlamasında danışıb.
Çəlik bildirib ki, bu cür hücumlar Türkiyənin eksklüziv iqtisadi zonasına aid olsun və ya onun hüdudlarından kənarda baş versin, bütün region üçün ciddi təhlükə yaradır.
Çəlikin sözlərinə görə, Qara dənizdə dəniz nəqliyyatının təhlükəsizliyinə edilən zərbələr təkcə Türkiyəyə deyil, bütün ölkələrə mənfi təsir göstərə bilər və logistikanın pozulması böyük risklər doğurur. Ankara hazırda vəziyyətin gərginləşməməsi üçün məsələni bütün tərəflərlə müzakirə edir.
Xatırladaq ki, dekabrın 2-də Qara dənizdə Türkiyə sahilləri yaxınlığında Rusiya bayraqlı Midvolqa-2 tankerinə pilotsuz uçuş aparatı ilə hücum edilib. Günəbaxan yağı daşıyan gəmi Rusiyadan Gürcüstana gedirmiş. Hücum nəticəsində gəmidə ziyan yarandığı, lakin heyətin xəsarət almadığı bildirilir.
Tahir Turan
Globalinfo.az