Türkiyə bu ölkə ilə hərbi əməliyyat planlaşdırır

08.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Qərbin yeni tələblər irəli sürəcəyi təqdirdə Türkiyə və Suriya silahlı qüvvələri PKK-ya genişmiqyaslı hərbi əməliyyat keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyyət” qəzeti məlumat yayıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq edib. PKK-YPG silahı yerə qoymasa, Suriyada başqa bir idarəçiliyə can atmağa davam edərsə və Qərb dövlətləri bu istiqamətdə tələblər irəli sürərsə, Suriya dövləti ilə birgə genişmiqyaslı hərbi əməliyyat qaçılmaz olacaq”, - qeyd olunur.

Nəşr Qərbin hansı tələblərinin müzakirə oluna biləcəyini dəqiqləşdirməyib.

Qəzetin yazdığına görə, Ankaranın Suriyadakı səyləri PKK-YPG-nin varlığını davam etdirməsini təmin etmək deyildi:

“Ankara hazırda A Planını həyata keçirir, lakin B Planı da masadadır”.

Qeyd edək ki, Türkiyə XİN başçısı Hakan Fidan da Suriyada fəaliyyət göstərən PKK/YPG-nin şərtləri yerinə yetirməyəcəyi təqdirdə onlara qarşı hərbi əməliyyat keçiriləcəyini bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью