Türkiyə bu ölkə ilə strateji tərəfdaş oldu

06.11.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyə və Qırğızıstan strateji tərəfdaş ölkələr oldular. 

“Cebheinfo.az” “Yeni Safak”-a istinadən xəbər verir ki, dünən Türkiyə və Qırğızıstan prezidentləri Rəcəb Tayyib Ərdoğan və  Sadır Japarov iki ölkə arasında ikitərəfli tərəfdaşlığın möhkəmlənməsi istiqamətində təhlükəsizlik, səhiyyə və mədəniyyət sahəsində 19 saziş imzalayıblar.

Bişkekdə Qırğızıstan Prezident sarayında keçirilən birgə mətbuat konfransında Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Qırğızıstan qardaşlığının əbədi olduğunu vurğulayıb.  

Qırğızıstanın nüfuzlu “Manas” ordeni ilə təltif olunduğuna görə təşəkkürünü bildirən Ərdoğan bunu iki xalq arasında “əbədi qardaşlığın sarsılmaz simvolu” adlandırıb.

Ərdoğan həmçinin Sadır Japarova və qırğız xalqına göstərdikləri səmimi qonaqpərvərliyə görə təşəkkür edib.

Qeyd edək ki, noyabrın 3-də Prezident Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının dövlət başçıları sammitində iştirak etmək üçün Qırğızıstana rəsmi səfər edib. 

Mətbuat konfrasının sonunda Ərdoğan yerli “Togg” elektrik avtomobilini Sadır Japarova hədiyyə edib. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью