Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kosova Müdafiə Nazirliyinin vasitəsilə oktyabrın 4-də Türkiyə Texnologiya Komandası Vəqfi (T3 Vəqfi) ilə Poduyeva Bələdiyyəsi arasında saziş imzalanıb. Bu saziş pilotsuz uçuş aparatlarına (PUA) yönəlmiş elm və texnologiya innovasiya mərkəzinin yaradılmasını nəzərdə tutur.
Axar.az xəbər verir ki, bunu Kosova Baş naziri Albin Kurti deyib.
O bildirib ki, mərkəz Poduyeva Bələdiyyəsinin idarəçiliyi altında dövlət qurumu kimi fəaliyyət göstərəcək.
Kurti əlavə edib ki, mərkəz təhsil, innovasiya və texnoloji layihələrin inkişafı məqsədlərinə xidmət edəcək.
O, obyektin artıq hazır olduğunu və razılaşdırılmış qrafikə əsasən, mərkəzin 2027-ci ilin birinci rübündə fəaliyyətə başlamasının planlaşdırıldığını bildirib.