Türkiyə bu texnikalarını BƏƏ də təqdim edəcək

12.02.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Türkiyənin “Nurol Makina” şirkətinin istehsalı olan “Ejder Yalçın” zirehli avtomobilinin EWB versiyası 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təqdim olunacaq.

Axar.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Şirkətin açıqlamasında bildirilib ki, zirehli avtomobil 17-21 fevral 2025-ci il tarixlərində Əbu Dabidə keçiriləcək Beynəlxalq Müdafiə Sərgisi və Ticarət Sərgisində (IDEX 2025) potensial müştərilərə təqdim olunacaq.

Bundan əlavə, sərgidə Türkiyənin ASELSAN hərbi-sənaye şirkəti tərəfindən istehsal olunan məsafədən idarə olunan 30 mm-lik “NEFER” atəş sistemi, həmçinin 12 nəfərlik ekipaj daşıya bilən zirehli maşın da nümayiş etdiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью