Türkiyə cəmiyyəti PKK nın silahı yerə qoymasını necə qarşılayır? SORĞU

22.05.2025

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

PKK terror qruplaşmasının özünü ləğvi və silahları yerə qoymasının Türkiyə cəmiyyətində necə qarşılanması maraq doğurur. Xüsusən əhalinin iqtidarın bu yöndəki siyasətini uğurlu sayıb-saymaması ilə bağlı narahatlıqlar var.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ASAL Araşdırma Mərkızi bu narahatlıqlarla əlaqədar ölkənin 26 iri şəhərində sorğu keçirib.

Sorğuya qatılanların 49,8%-i hökumətin PKK ilə bağlı siyasətini uğurlu hesab edib. 22,1% qismən, 19,7% isə uğursuz sayıb: "8,4% isə öz fikrini bildirməkdən yayınıb".

Firudin Səfərli
MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью