Türkiyə çempionatının bombardiri öldü İntihar, yoxsa qətl?

16.04.2025

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qabonlu futbolçu Aaron Bupendza Çində 11-ci mərtəbədən yıxılaraq dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə Qabon Futbol Federasiyası sosial media hesabında məlumat yayıb.

Məlumata görə, Çinin “Çjentzyan” klubunda çıxış edən Bupendza faciə zamanı qardaşı ilə birlikdə mənzildə olub. Hüquq-mühafizə orqanları üç versiyanı nəzərdən keçirir: intihar, bədbəxt hadisə və qardaşı ilə mübahisə nəticəsində qətl.

28 yaşlı qabonlu bir müddət Türkiyənin “Hatayspor” klubunda da çıxış edib. O, 2020/21 mövsümündə Türkiyə Superliqasının bombardiri olub.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью