Türkiyə COP31 ə BMT nin yüksək səviyyəli iqlim lideri təyin edib

24.01.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin "Sıfır Atık Vakfı" sədri Samed Ağırbaş bu il Türkiyənin ev sahibliyi edəcəyi COP31 iqlim konfransında BMT-nin yüksək səviyyəli iqlim lideri təyin edilib.

"Cebheinfo.az"  xəbər verir ki, bu barədə COP31-in prezidenti, Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum sosial şəbəkələrdə məlumat yayıb.

"Bu il Türkiyənin ev sahibliyi edəcəyi və 197 ölkənin nümayəndələrini birləşdirəcək COP31 iqlim sammitində Samed Ağırbaşın yüksək səviyyəli lider təyin olunduğunu məmnuniyyətlə bildirirəm", - deyə o yazıb.

Murat Kurum həmçinin S.Ağırbaşın COP31 prosesinin uğuruna əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью