Türkiyə cüdo yığmasının üzvləri qar uçqunu altında qalıblar, həlak olan var | Icma.az
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ərzurum vilayətində qar uçqunu nəticəsində Türkiyənin gənclərdən ibarət cüdo yığmasının üzvü, “Palandeken” xizək mərkəzində təlim-məşq toplanışında olan 16 yaşlı Emre Yozğan həlak olub.
AZƏRTAC Ərzurum valisi Mustafa Çiftçiyə istinadla xəbər verir ki, şənbə günü yerli vaxtla saat 10:00-da idmançılar qrupunun məşq etdiyi ərazidə qar uçqunu baş verib.
“Gənc cüdoçu boyun və onurğa sınığı nəticəsində yerindəcə dünyasını dəyişib, daha üç idmançı yaralanıb”, - deyə vali qeyd edib.
Fövqəladə Hallar Nazirliyinin və jandarm qüvvələrinin əməkdaşları köməyə gəlib.
Yozğanın cəsədinin iki metr hündürlü olan qarın altından aşkar edildiyi bildirilir.
Ramin Abdullayev AZƏRTAC-ın xüsusi müxbiri Ankara Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu