Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yaşız Zonada ətraf mühit, iqlim dəyişikliyi, bərpa olunan enerji və davamlılıq kimi mövzularda Türkiyənin fəaliyyətlərini təqdim edən stend hazırlanıb.
Xəbər verildiyi kimi Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir.
Konfrans çərçivəsində noyabrın 12-13-də Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti (Liderlər Sammiti) keçirilib.
Bu arada bəlli olub ki, Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanlığı COP29 tədbir məkanında yerləşən Yaşıl Zonada ətraf mühit, iqlim dəyişikliyi, bərpa olunan enerji və davamlılıq kimi mövzularda Türkiyənin fəaliyyətlərini təqdim edən stend hazırlayıb: “Stendi ziyarət edənlər BMT-nin Baş katibi Antonio Quterreş və BMT-nin Sıfır Tullantı Yüksək Səviyyəli Şəxsiyyətlər Məsləhət Şurasının sədri, birinci xanım Emine Erdoğan tərəfindən imzalanmaq üçün açılan “Qlobal Sıfır Tullantı Xoşməramlı Bəyannaməsi”ni rəqəmsal şəkildə imzalama imkanı qazanıblar”.
İletişim Başqanlığının açıqlamasında deyilir ki, “Birləşmiş Millətlər Təşkilatının 30 mart tarixini “Beynəlxalq Sıfır Tullantı Günü” elan etməsi ilə Türk Əsrinin ən böyük ətraf mühit hərəkatı olan “Sıfır Tullantı” dünya brendinə çevrilib.
COP29 çərçivəsində İletişim Başqanlığı 11 noyabr 2024-cü il tarixində Bakıda Stratcom İctimai Forumu – Qlobal İqlim Böhranında Strateji Kommunikasiya mövzusunda dəyirmi masa təşkil edib.
İclasda Türkiyə və Azərbaycan başda olmaqla bir çox ölkədən ətraf mühit və iqlim dəyişikliyi üzrə aparıcı alim və ekspertlərin, media və kommunikasiya sahəsinin nümayəndələrinin iştirakı ilə ətraf mühit və iqlim dəyişikliyi məsələləri müxtəlif aspektlərdən qiymətləndirilib.