Türkiyə daha bir beynəlxalq görüşə ev sahibliyi edir

15.04.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ankarada Ukrayna, Fransa, Böyük Britaniya və Türkiyə nümayəndə heyətlərinin görüşü keçirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.

Görüşün məqsədi Qara dənizdə təhlükəsizlik məsələlərinin müzakirəsidir.

Zelenskinin sözlərinə görə, “İstəklilər koalisiyası”nın bənzər görüşləri çox olub.

Xatırladaq ki, daha əvvəl “CNN Turk” 15-16 aprel tarixlərində Ankarada nümayəndə heyətlərinin görüşünün keçiriləcəyini demişdi, lakin Ukrayna XİN rəhbəri Sibiqa Kiyevin iştirakını təkzib etmişdi.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью