Türkiyə daha bir uğura İMZA ATDI: Bu dəfə nə istehsal edəcək? KONKRET | Icma.az
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə pilotsuz texnologiyalar sahəsində təcrübəsinə arxalanaraq altıncı nəsil döyüş təyyarəsinin hazırlanmasını sürətləndirmək niyyətindədir.
KONKRET.az xəbər verir ki, bunu “A Haber” telekanalına müsahibəsində ölkənin Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün deyib.
“Biz tez bir zamanda altıncı nəsil döyüş təyyarəsinə keçmək niyyətindəyik.
Pilotsuz sistemlərdəki liderliyimiz sayəsində Türkiyə pilotlu və pilotsuz texnologiyaları yeni nəsil döyüş təyyarələrinə sürətlə inteqrasiya edə biləcək”, – o vurğulayıb.
Görgünün sözlərinə görə, beşinci nəsil “KAAN Blok-10” döyüş təyyarələrinin tədarükü 2028-ci ilin sonlarına planlaşdırılır.
O, həmçinin bildirib ki, Türkiyənin SİPER hava hücumundan müdafiə sistemləri xarici analoqlarla müqayisə edilə bilən xüsusiyyətlərə malikdir.
Onun sözlərinə görə, Türkiyənin müdafiə sənayesində 95 mindən çox insan çalışır.
Tam oxu
Xəbəri oxu