Türkiyə daha ixracda Ermənistanı alıcı ölkə kimi göstərəcək

12.05.2026

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə bundan sonra mallarını ixrac edərkən Ermənistanı da alıcı ölkə kimi göstərəcək.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 12-də jurnalistlərlə söhbətində açıqlayıb.

O, xarici işlər naziri Ararat Mirzoyanın “türklərlə açılım” açıqlamasına münasibət bildirib.

Paşinyan izah edib ki, bu, Türkiyənin Ermənistana birbaşa məhsul tədarükünə başlayacağı anlamına gəlmir; bu, sadəcə Ermənistanın alıcı ölkə kimi göstərilməsinə aiddir.

O qeyd edib ki, məhsul başqa bir ölkədən alınıb üçüncü ölkəyə ixrac edildikdə, malların sonda göndərildiyi ölkə göstərilməlidir.

Paşinyan əlavə edib ki, əvvəllər Türkiyə qanunvericiliyinə əsasən, Ermənistan son alıcı kimi göstərilmirdi. Üçüncü ölkə idxalçı ölkə kimi təyin olunurdu və həmin üçüncü ölkədən mallar Ermənistana göndərilirdi.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью