Türkiyə DÇ 2026 da 24 il sonra YENİLƏNİB

01.04.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin final oyunları keçirilib.

Apasport xəbər verir ki, bu gün baş tutan qarşılaşmalardan sonra mundiala vəsiqə qazanacaq 4 milli komanda məlum olub.
Oyunların hamısı Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Türkiyə millisi səfərdə Kosovo yığmasına minimal hesabla qalib gələrək 24 il sonra dünya çempionatında iştirak etmək hüququ qazanıb - 1:0.

Qeyd edək ki, dünya çempionatının final mrəhələsi iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

DÇ-2026, pley-off mərhələsinin final oyunları
31 mart

Bosniya və Herseqovina - İtaliya 1:1 (Pen. 4:1) 
Kosovo - Türkiyə 0:1
Çexiya - Danimarka 2:2 ( Pen. 3:1)
İsveç - Polşa 3:2

Sadettin Saran qəzaya düşüb Suarez “Liverpul”un hədəfində Noyer məşqlərə başladı Flikin taleyinə aydınlıq gəldi “Arsenal”da ciddi itki
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью